• Azerbaijan
  • English
  • Russian

İnsan resursları haqqında 4 anlayış

Blog Details

İnsan resursları haqqında 4 anlayış

İnsan resursları haqqında 4 anlayışı birlikdə gözdən keçirək:

1) İşçi hərəkəti
Bir çox insan resursları təcrübələri şirkətdə insanların hərəkəti ilə bağlıdır. Bu təcrübələrə biz işə qəbul, orientasiya, inkişaf, outsorsinq və digər proqramları misal gətirə bilərik ki, bunlar şirkətdə insanların hərəkətinə aiddir.

2) Performans (işçi fəaliyyəti)
Bu təcrübələr ölçmə, performans qiymətləndirilməsi, əmək haqqı və mükafatlandırma ilə bağlıdır. Bu təcrübələr öz növbəsində fərdi, komanda və şirkətin struktur bölmələrinin işçi fəaliyyətini idarə etməklə cavabdehliyi təmin etmək üçündür. “Arzu olunan işəgötürən deyil, müştərilərimizin seçəcəyi işçilərin arzu etdikləri işəgötürən” olmaq önəmlidir.

3) Məlumat
İnsan resursları təcrübələri şirkət daxilində xarici ictimaiyyətlə əlaqələr və daxili işçi kommunikasiyaları kimi kommunikasiya prosesləri üzərində getdikcə dərinləşir.


4) İş
İnsan resursları təcrübələrini strategiyaya bağlamaq üçün komandada necə işləmək, inzibati siyasətləri necə hazırlamaq və çatdırmaq, iş şəraitinin şərt və qaydalarını necə idarə etmək, avadanlıqları və boş yeri necə layihələndirmək və şirkətin təşkilatı strukturunu necə qurmaq kimi anlayışlar iş axını ilə bağlıdır. Bu təcrübələrin strateji hədəflərə və biznes nəticələrə nail olmaq üçün tövhə verməsi və bir yerdə işləməsi üçün inteqrasiya edilməsi şərtdir.
“Ən güclü insan, özünü daha çox sayda insanın yerinə qoya biləndir. ” Jane Adams