Biznesinizin Hüquqi Başlanğıcı
Son günlərdə ən çox qarşılaşdığımız suallardan biri “şirkətimi necə qeydiyyatdan keçirə bilərəm?” olur. Hər kəs düşünür ki, bu çox çətin, çox vaxt aparan, bürokratik bir prosesdir. Bəli, bir neçə il bundan qabağa kimi şirkətin qeydiyyat prosesinə bu cür demək olardı.
Hal-hazırda elektron xidmət imkanlarının genişləndirmiş vergi sisteminə sahib bir ölkədə yaşayırıq. Sadəcə doğru məlumat və yönləndirmə ilə hər bir şəxs öz şirkətini onlayn dövlət qediyyatından keçirib VÖEN (Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) ala bilər. Qeyd edək ki, bu barədə axtarış etsəniz qarşınıza bu nəticə çıxacaq: 01.01.2019-cu il tarixindən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlər elektron imza olmadan mobil nömrə və FİN koddan istifadə edərək onlayn qaydada dövlət qeydiyyatına alınırlar.
Biz bu bu yazımızda bəzilərinizə qəliz gələn bu rəsmi yazıları sadə dildə anlatmağa çalışacağıq. Belə ki, qeydiyyat prosesinin başlanması üçün hər kəs ASAN İMZA nömrəsinə malik olmalıdır. Bunun üçün mobil operatorlardan aldığınız sim kartları vergi xidmətində qeydiyyatdan keçirərək ASAN İmza sertifikatı almalısınız. Bu proses daha tez ASAN Xidmət mərkəzlərində, növbə götürüb istəyinizi bildirməklə baş tutur. Bundan sonrakı addım, sizin isti evinizdə komputer arxasında sadəcə barmaqlarınızı yormaqla 15 dəqiqənizi alacaq.
Yuxarıda qeyd etdiyimiz ASAN İMZA-ya malik onlar şəxslər https://www.e-taxes.gov.az/ saytında GİRİŞ düyməsinə basaraq Onlayn Kargüzarlıq bölməsinə keçə bilirlər. Həmin bölmədə hüquqi şəxslərin onlayn qeydiyyatı linkinə basaraq hər bir sualı cavablandırıb qeydiyyat ərizənizi tamamlaya bilərsiniz. Gərəkli olan məlumatlara (Şəxsiyyət vəsiqəsi, qeydiyyat ünvanınız, fəaliyyətinizə uyğun kod və s) sahibsinizsə, sosial şəbəkələrdə qediyyatdan keçmək qədər də vaxtınızı alacaq. Ya da bunun üçün ödəniş edə biləcəyiniz əlavə büdcəniz varsa bizə müraciət edin!