Direktorun müraciəti:
Ölkə iqtisadiyyatına tövhə vermək amalı ilə çıxdığımız bu yolda əsas təminatçımız təcrübədir. İllərə söykənən təcrübəmiz əsasında gələcəyinizə yatıracağınız investisiyanı biznesiniz üçün dəyərli olan vaxta çevirəcək, birgə əməkdaşlıq fonunda inkişaf edəcək, gələcək üçün qoyacağınız bünövrənin şəffaflığını təmin edəcəyik. Mühasibatlığa yeni nəfəs vermək və qanunvericiliyin aliliyini təmin etmək üçün daima xidmətinizdəyik.
Missiyamız:
Biznes hesabatlarının şəffaflığı, ölkə qanunvericiliyinə və müasir standartlara uyğunluğu başlıca missiyamızdır.
Vizyonumuz:
Beynəlxalq standartların tətbiqi yolunu əsas tutaraq audit istiqaməti üzrə dünyada tanınan ilk Azərbaycan şirkəti olmaq əsas baxışımızdır.
© 2024 All Rights Reserved. Powered by CM Technology Group LLC