Auditin növləri
Azərbaycan Respublikası Qanunun 2 – ci maddəsində qeyd edilmişdir ki, audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və düzgün aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.
Auditin aşağıdakı növləri vardır:
1. Məcburi və təşəbbüslə (könüllü) audit;
2. Daxili və kənar audit;
3. Təsərrüfat fəaliyyətinin auditi;
4. Uyğunluq auditi;
5. Maliyyə hesabatının auditi və xüsusi audit;
6. Əməliyyat auditi;
7. Dövlət orqanlarının tapşırığı ilə məcburi (icbari) audit;
8. Auditor xidmətinin başqa növləri.