İnsan Resurslarının İdarə edilməsi nə deməkdir?
İnsan Resursları şirkətin bütün işçilərinin bilik, bacarıq, təcrübə, xarakter və performanslarıyla bərabər ortaya qoyduqları bütün işlərin cəmidir. İnsan qaynağı şirkətin ən dəyərli qaynağıdır. İnsan resurslarının idarə olunması isə müəssisələrin işə qəbul və daha münbit insan qaynağı yaratması ilə bərabər mövcud olan insan qaynağını ən səmərəli və effektiv şəkildə istifadə edə bilməsidir.
Bu nöqteyi-nəzərdən baxdığımızda İnsan Resursları İdarə olunmasının iki əsas məqsədi olduğunu deyə bilərik:
1. Səmərəliliyi artırmaq
2. İş şəraitində effektivliyi artırmaqla rəqabətdə üstünlüyə nail olmaq.
İnsan Resursları üzrə ixtisaslaşmış mütəxəssizlərimiz sizə bu sahədə daim yardım edəcəklər. Sualınız varsa, bizə yazın!