Pulu daha yaxşı idarə etmək istəyirsinizsə bu kitabları mütləq oxuyun!
Bu mövzuda, yəqin, artıq onlarla video və post görmüsünüz. Bir mühasib olaraq “düşünən beyinlərin” pula yanaşması, onu necə idarə etdikləri və çoxaltdıqlarını araşdırmaq həm hobbim, həm də peşəmdir.
Xüsusilə də, hazırda kapitalizmin döyünən ürəyi sayılan Amerikada insanların pul, vergilər, yatırım kimi mövzularda nələr düşündüyü, nələri sınaqdan keçirdiyini diqqətimdən uzaq buraxmamağa çalışıram.
“New rich” hər kəsə milyonçu olmaq imkanı verdi
Hələ 200 il əvvəl ortaya çıxan “new rich” yəni, “yeni nəsil varlılar” anlayışı son 2-3 ildə gənclər arasında da şöhrət tapıb. Sosial şəbəkələrdə “old money > new rich” yaxud “new rich > old money” tərzli müqayisə videolarına, demək olar, hər gün rast gəlirəm.
Nəslinin ilk milyonçularına çevrilən insanlar bu sərvəti çox fərqli üsullar və “kanallarla” əldə edirlər:
Kimsə uğurlu startap quraraq, kimsə ailəsindən miras aldığı balaca biznesi ağıllı formada idarə edib böyüdərək, kimsə sosial şəbəkə fenomeni olaraq, kimsə stirmerlik edərək və ya bloq apararaq.
“Sizə necə varlana biləcəyinizi deyim. Qapını bağlayın. Başqaları ehtiyatlı olanda, siz acgöz və cəsur olun. Başqaları acgöz olanda isə siz ehtiyatlı.” Warren Buffett
İnsanlar fərqlidir, tələblər fərqlidir buna görə də xidmətlər fərqlidir.
Nəhayət, gələk əsas sualımıza.
Kitab oxuyaraq varlan!
Bu cümlə nə qədər inandırıcı gəlməsə də, reallıq bunu göstərir ki, uğurlu insanların vərdişlərini öyrənərək və onlar kimi düşünməyi bacararaq varlanmaq olur.
Formula eyni deyil, amma çox zaman işə yarayır.
“Varlılar və kasıblar arasındakı tək fərq boş vaxtlarını necə dəyərləndirməyi seçdiklərindədir.” Robert Kiyosaki.
Bu mövzuda yazılan saysız-hesabsız kitablar var. Mənim aralarından seçib, bəyənib və həyatıma tədbiq etdiyim kitabların siyahısı ilə buradan qısa tanış ola bilərsiniz. Bu kitablar həm pulla münasibətinizi düzəltməyə, vərdişlərinizi gözdən keçirməyə imkan verəcək, həm də milyonçuların vərdişləri, pulla münasibətləri haqqında sizə çox şey öyrəcək.
🎯“Varlı ata, kasıb ata”, Robert Kiyosaki- çox məşhur və bu şöhrətə layiq kitabdır. Pulla münasibəti çox sadə dildə oxucuya çatdırır.
🎯 “Yan qonşudakı milyoner”, Tomas Stanli- kitabı özəl edən onun real milyonçularla kiçik bir sınaq üzırində yazılmasıdır. Kitabda “varlı” olmaqla, “zəngin” olmaq arasındakı fərqlərə də toxunur.
🎯 “CEO-nun gündəliyi”, Stiven Barlett- birbaşa pul haqqında danışılmasa da, düzgün maliyyə strategiyası, vərdişlər və investisiya kimi mövzulara toxunan önəmli kitablardandır.
Xoş mütaliələr!