Rəqəmlərlə işləyənlər üçün film
Film rubrikamızda sizlərə maliyyə/biznes haqqında maraqlı filmlər məsləhət görürük. Bugünkü filmimizin adı "The Big Short" dur.
2008-ci il iqtisadi böhranı haqqında çoxlu filmlər çəkilib. Bu filmlərin böyük əksəriyyəti həddindən artıq terminologiyaya və qərəzli mövqeyə görə tənqid edilib. “Big Short”u bu filmlərdən fərqləndirən və onları baxmağa dəyər edən əsas elementlər onun işlətdiyi dilin sadəliyi, izahlı olmasıdır. Prosesi daha yaxşı başa düşmək, iqtisadiyyat/maliyyə dünyasına nəzər salmaq və fərqli bir film izləmək istəyirsinizsə, mütləq izləməlisiniz.
Michael Lewis-in bestseller kitabı və real hekayə əsasında Adam Makkayın rejissorluğu ilə çəkilmiş “The Big Short” filmində baş rollarda Christian Bale, Steve Carell, Ryan Gosling və Brad Pitt çəkilib.